Gəncədə piyadaların vurulduğu dəhşətli qəzanın ANBAAN VİDEOSU

Gəncədə piyadaların vurulduğu dəhşətli qəzanın ANBAAN VİDEOSU

Hazırda oxunan: Gəncədə piyadaların vurulduğu dəhşətli qəzanın ANBAAN VİDEOSU

274335

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 6-da Gəncədə piyadaların vurulması, bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb, bununla bağlı müraciət edib.

İdarədən Bizim.Media-ya bildirilib ki, ötən gün saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.
 

Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.


"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır. Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir", məlumatda deyilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO