Türkiyədə cinayətkar dəstənin lideri TUTULDU - FOTO

Türkiyədə cinayətkar dəstənin lideri TUTULDU - FOTO

Hazırda oxunan: Türkiyədə cinayətkar dəstənin lideri TUTULDU - FOTO

274307

İzmirin Adnan Menderes Hava Limanında bu səhər diqqətçəkən hadisə baş verib. “Kölnün atası” və “Cəhənnəm Nəcati” ləqəbləri ilə tanınan, mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınan Necati Coşkun Arabacı polis tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, uzun müddətdir müxtəlif cinayətlərdə axtarışda olan və “Cəhənnəm Mələkləri” adlı mütəşəkkil cinayətkar qrupuna rəhbərlik etdiyi iddia edilən Arabacı, xaricdən İzmira daxil olarkən təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə yaxalanıb. 

Saxlanıldıqdan sonra o, dindirilmək üçün polis idarəsinə aparılıb.

Qrupun qanunsuz fəaliyyəti üzə çıxıb.

Beynəlxalq aləmdə də diqqət çəkən “Cəhənnəm Mələkləri” adlı cinayətkar dəstənin İnterpol tərəfindən mütəşəkkil cinayətkar şəbəkə kimi tanındığı bildirilib. Aparılan araşdırmalarda dəstə üzvlərinin çirkli pulların yuyulması, həraç toplama, narkotik və silah qaçaqmalçılığı kimi bir çox qanunsuz fəaliyyətlə məşğul olduqları üzə çıxıb. Təhlükəsizlik orqanlarının qiymətləndirməsinə görə, dəstənin həm Türkiyədə, həm də xaricdə geniş əlaqələri mövcuddur.

Necati Arabacı məhkəməyə çıxarılacaq.

“Kölnün atası” və “Cəhənnəm Nəcati” kimi tanınan Necati Coşkun Arabacı saxlanıldıqdan sonra İzmir İl Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparılıb.

Burada aparılan prosedurlar başa çatdıqdan sonra onun məhkəməyə çıxarılacağı bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO