Ağdaşda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Ağdaşda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Ağdaşda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

27388

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Elnur İsmiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, saxlanılan şəxsin Dəhnəxəlil kəndində kultivasiya yolu ilə yetişdirdiyi,ümumi çəkisi 12 kiloqram 575 qram olan 17 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

E.İsmiyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO