Putinin dünya müharibəsi ilə bağlı sözlərindən Qərb şoka düşüb?  – TƏFƏRRÜAT

Putinin dünya müharibəsi ilə bağlı sözlərindən Qərb şoka düşüb?  – TƏFƏRRÜAT

Hazırda oxunan: Putinin dünya müharibəsi ilə bağlı sözlərindən Qərb şoka düşüb?  – TƏFƏRRÜAT

27328

Qərbin hərbi cəmiyyəti Rusiya Prezidenti Vladimir Putinin Qara dənizdəki NATO gəmilərinə mümkün hücum barədə dediyi sözlərdən şoka düşüb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Çinin “Sina” qəzeti yayıb.

Mənbə xatırladır ki, Rusiya lideri 30 iyunda "Birbaşa xətt" zamanı Britaniyanın “Defender” təyyarə daşıyan gəmisi ilə bağlı hadisəni şərh edərkən söyləmişdi ki, "Bir gəmini batırsaydıq belə dünya müharibə ərəfəsində olmazdı".

O, həmçinin əlavə etmişdi ki, təxribatı düşünənlər açıq müharibədə qalib gələ bilməyəcəklərini çox yaxşı bilirlər.

Məqalədə deyilir ki, bu, Qərbdə geniş rezonans doğurub.

"Putinin gözlənilməz ifadəsi Qərbin hərbi cəmiyyətini şoka saldı". Yazıda belə vurğulanır. Çinli analitiklərə görə, Putin bununla Rusiyanın maraqlarını qətiyyətlə müdafiə etmək istədiyini açıq şəkildə bildirib. 

ABŞ və onun müttəfiqləri Rusiya prezidentindən bu cür səmimiyyət gözləməyiblər. 

Xatırladaq ki, NATO-nun Rusiya Federasiyasındakı keçmiş nümayəndəsi Harri Tabax bundan əvvəl Ukrayna mətbuatına demişdi ki, Qara dənizdə “Defender”i bir Amerika hərbi gəmisi izləyirmiş, təxribatdan sonra o, əks istiqamətə üzüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO