“Texpasport”la bağlı YENİLİK - FOTO

“Texpasport”la bağlı YENİLİK - FOTO

Hazırda oxunan: “Texpasport”la bağlı YENİLİK - FOTO

27230

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib. Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.

Bizim.Media-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsi təqdim olunur:

"Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.

Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur".

"Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır", - deyə N.Piriyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO