Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi

Hazırda oxunan: Güləşçimiz erməni rəqibini məğlub etdi

27223

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.

Rəqibini 3:1 hesabı ilə üstələyən Məmmədli növbəti raunda vəsiqə əldə edib.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq) və Murad Əhmədəliyev (82 kq) də mübarizəyə qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO