Uşaqları izləyən təhlükə: Pornoqrafiyaya çox baxmaq İMPOTENTLİK yaradır - ARAŞDIRMA

Uşaqları izləyən təhlükə: Pornoqrafiyaya çox baxmaq İMPOTENTLİK yaradır - ARAŞDIRMA

Hazırda oxunan: Uşaqları izləyən təhlükə: Pornoqrafiyaya çox baxmaq İMPOTENTLİK yaradır - ARAŞDIRMA

27148

ABŞ-ın Kolorado ştatında yaşayan 13 yaşlı oğlan 7 yaşlı bacısına təcavüz edib. Səbəb isə bir müddət onun sinif yoldaşları tərəfindən təklif olunan pornofilmlərə aludə olmaslı göstərilib. 

Ən azından 20-30 il bundan əvvəl istər keçmiş sovet ölkələrində, istərsə digər ölkələrdə pornoqrafik filmlərə qarşı xüsusi senzura vardı. Bu filmlər gizli çəkilir və gizli satılırdı.

Bu isə bu cür filmləri insan üçün əlçatmaz edirdi. Lakin müasir texnologiyaların inkişafı özü ilə bir çox rahatlıq gətirsə də belə çatışmazlıqları da gözə çarpır. Hazırda internet vasitəsilə azyaşlılar da bu fimləri rahatlıqla əldə edə bilirlər.

Psixoloqların fikrincə, adi bir dəfə erotik filmə baxmaq insan üçün qorxulu deyil. Lakin bu getdikcə vərdiş halına keçirsə, burada artıq həyacan siqnallarını yandırmaq lazımdır. Nəzərə alsaq ki, bu filmlərin yarıdan çoxuna da baxan elə məhz 12-16 yaşlı gənclərdir vəziyyət daha da qorxulu şəkil alır.

Mütəxəssislər düşünür ki, formalaşmaqda olan yeniyetmələrdə bu qıraqdan adi görünən problemlər dərin iz buraxa bilir. Bu zaman bir çox problemlər ortaya çıxır.

Miçiqan Universitetində aparılan sosial araşdırmalardan məlum olub ki, bir çox yeniyetmələrdə porna film aludəçiliyi gələcəkdə cinsi həyatlarında köklü dəyişiklər edir. Belə ki, onlar yataqda aqressiv, işgəncəyə meyilli biri olurlar. Bundan başqa bəzi yeniyetmələrdə bu aludəçilik tez –tez masturbasiya etməyi vadar edir ki, bu da kişilərdə cavan yaşlarında cinsi zəiflik, impotensiya problemi ilə üz-üzə qoyur.

Araşdırmanın digər nəticəsinə görə isə mütəxəssislər bu cür filmlərin cinsi orientasiyanı dəyişməkdə də xüsusi yerinin olduğunu vurğulayırlar. Belə ki, homoseksualların iştirakı ilə çəkilən flmlərə baxan azyaşlılar, yenicə inkişaf edən cinsi həyatlarını bilmədən bu istəklərin üzərində qururlar.

Bu isə eyni cinsə olan şəhvət istəyini artırır və bundan qarşı cinsə qarşı olan ehtiras hissi get-gedə azalmağa başlayır. Nəticə də isə uşaqlarda cinsi istəklər yanlış formada formalaşır. 

Məsələ ilə bağlı psixoloq Canan Əlieya Bizim.Media-ya açıqlamasında bildirir ki, sözsüz ki, yeniyetmələr cinsi həyatları haqqında məlumatlıı olmalıdır. Lakin bu maarifləndirmə yolu ilə həyata keçməlidir.

“Xaricdə məktəblərdə uşaqlar bu barədə dərsliklərdən öyrənirlər, məlumatlı olurlar. Demək olar ki, bizim təhsil sistemimizdə bu yoxdur. Yuxarı siniflərdə isə bu mövzuların üzərindən keçib gedirlər. Heç nədən xəbərsiz olan uşaqlar cinsi həyat barədə filmlərdən, jurnallardan böyüklərdən eşitdiklərindən öyrənməyə can atırlar.

Onlar elə yaş dövründə olurlar ki, qadağalar uşaqlara daha cazib görünür. Bu isə sonda porno filmlərə aludəçilik yarada bilir”.

Psixoloq qeyd edib ki, regionlarda bu problem daha qabarıq şəkildə özünü biruzə verir. Bu konseptə olan filmlərə baxan yeniyetmələr öz cinsi istəklərini ödəmək üçün heyvanlarla cinsi təcavüz etməyə başlayırlar. 

“Bu da homoseksuallıqdan da təhlükəli sayılan zoofiliyaya gətirib çıxara bilir. Hətta belə hadisə də baş vermişdi. Uşaqlıqdan heyvanlarla cinsi əlaqədə olan uşaq, böyüyüb evləndikdən sonra da bu aludəçiliyindən əl çəkə bilməyib. Bundan xəbər tutan həyat yoldaşı isə dərhal boşanmaq üçün məhkəməyə müraciət edib”.

Həkim sonda bildirib ki, bu cür halların qarşısını almaq üçün valideynlər hər zaman diqqətli olmalı və uşaqlarda hər hansı bir dəyişiklik görən kimi mütəxəssislərə müraciət etmək lazımdır.

“Valideynlər xüsusilə analar övladlarına qarşı gözü açıq olmalıdır. Yeniyetmə dövründə cinsiyyət üzvlərinin formalaşması zamanı baş verən dəyişikliklərə mütləq şəkildə uşaqları maarifləndirməyə çalışmaq lazımdır. Bundan başqa uşağın nə ilə araqlandığına, xobbilərinə, boş vaxtının necə keçirməsinə xüsusi diqqətlə yanaşmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO