AVRO-2020: Futbolçular Bakıdadır, oyuna 21 min bilet satılıb

AVRO-2020: Futbolçular Bakıdadır, oyuna 21 min bilet satılıb

Hazırda oxunan: AVRO-2020: Futbolçular Bakıdadır, oyuna 21 min bilet satılıb

26982

İki gün sonra Bakı Olimpiya Stadionunda keçiriləcək AVRO-2020-nin ¼ final oyununa hazırlıqlar davam edir. Xatırladaq ki, Bakıda yarımfinala vəsiqə üçün Danimarka və Çexiya milliləri qarşılaşacaq. 

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Bizim.Media-ya açıqlamasında bildirib ki, bu artıq dördüncü oyundur və stadion qarşılaşmanı qəbul etməyə tam hazır vəziyyətdədir.
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020: Çexiya yığması da Bakıya yollandı 


Digər oyunlar ərəfəsində görülən tədbirlər bu dəfə də eyni qaydada görüləcək – oyun günündə stadionun ərazisinə yalnız xüsusi buraxılış vəsiqəsi olan maşınlar buraxılacaq, azarkeşlər üçün ekspress avtobuslar təşkil olunacaq. 

Firuz Abdulla bildirib ki, hər iki komanda bu gün saat 20:00 - 22:00 aralığında Bakıya gələcək:

“Sabah Bakı Olimpiya Stadionunda komandaların rəsmi məşqləri keçiriləcək, eləcə də baş məşqçilərin mətbuat konfransları təşkil olunacaq”. 

AFFA sözcüsü bu günə olan statistikaya görə, təxminən 21 min biletin satıldığını deyib.
COVID-19-la bağlı məhdudiyyətlər tam aradan qaldırılmayıb. Danimarka və Çexiya vətəndaşları oyunu izləmək üçün Bakıya gələ biləcəklərmi?

Firuz Abdulla bu məsələnin Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olduğunu xatırladaraq, qeyd etdi ki, Danimarka və Çexiya vətəndaşları oyun üçün aldığı biletləri təqdim edərək, Azərbaycana gələ bilərlər: 

“Biletləri varsa, müvafiq qaydada onu təqdim edib viza ala bilərlər. Onlardan hər hansı əlavə sənəd təqdim olunmayacaq. Eləcə də bileti olanlardan COVID-19 pasportu da tələb olunmur”.   

Bəs, həmin gün Bakıda havanın temperaturu azarkeşlərin oyunu rahat izləməsinə imkan verəcəkmi? 

Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, iyulun 3-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Gündüz cənub küləyi əsəcək. Küləyin sürəti 5-10, arabir 12 metr/saniyəyə çatacaq. Günorta saatlarında havaınn temperaturu 32-36 dərəcə isti olacaq”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO