Ronaldonun \

Ronaldonun \"Instagram\" gəliri açıqlandı – FANTASTİK MƏBLƏĞ 

Hazırda oxunan: Ronaldonun \"Instagram\" gəliri açıqlandı – FANTASTİK MƏBLƏĞ 

26926

Portuqaliya millisinin və "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun "Instagram"dan qazandığı məbləğ açıqlanıb. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı futbolçunun "Instagram" hesabındakı reklam qiyməti 1 milyon 600 min dollardır. Portuqaliyalı ulduzun "Instagram"da ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da onun Turin təmsilçisindəki maaşından çoxdur.

Ronaldo bu göstəriciyə görə, birinci pilləyə yüksəlib. Futbolçu "Instagram" gəlirlərinə görə aktyor-güləşçi Dueyn Consonu və müğənni Ariana Qrandeni geridə qoyub. 

Qeyd edək ki, Ronaldo "Instagram"da 300 milyondan çox izləyicisi olan ən populyar insandır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO