Azərbaycan idmançısı sumo üzrə dünya çempionatında qızıl medal aldı

Azərbaycan idmançısı sumo üzrə dünya çempionatında qızıl medal aldı

Hazırda oxunan: Azərbaycan idmançısı sumo üzrə dünya çempionatında qızıl medal aldı

26880

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən sumo və kəmər güləşi üzrə dünya çempionatında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, gənclər və böyüklər arasında keçirilən yarışda iştirak edən Camal Feyziyev sumo üzrə mütləq çəki dərəcəsində və kəmər güləşində bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Təmsilçimiz 115 kiloqram çəki dərəcəsində isə bürünc medala yiyələnib. 

Sumo üzrə 21 yaşadək olan digər idmançılarımızdan Sadiq Əliyev və Vəliş Hacıyev bürünc medal qazanıblar. 23 yaşlı idmançılardan isə Kamal Ələsgərov üçüncü yerə çıxıb. 

Kəmər güləşində isə Vəliş Hacıyev və Xəyyam Abdullayev bürünc medalla kifayətləniblər. Yığma komandamız bu nəticə ilə yarışda ikinci pillədə qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO