Putinin TƏLƏBİ: “Qazımız çatmır, kömürdən istifadə edin”

Putinin TƏLƏBİ: “Qazımız çatmır, kömürdən istifadə edin”

Hazırda oxunan: Putinin TƏLƏBİ: “Qazımız çatmır, kömürdən istifadə edin”

268725

Rusiya prezidenti Vladimir Putin Uzaq Şərqin enerji sektorunda, xüsusən də mümkün qaz çatışmazlığı şəraitində kömürdən daha səmərəli istifadə edilməsini tələb edib.

Bizim.Media xəbər verir ki. bu barədə RBK məlumat yayıb.

“Biz bilirik ki, enerji ilə bağlı vəziyyət ümumən həll olunur, lakin xüsusi diqqət tələb edən çoxlu məsələlər var: məsələn, biz qaz çatışmazlığı ilə üzləşirik, enerji infrastrukturunun müxtəlif komponentləri arasında əlaqəmiz yoxdur və bizim şəbəkə iqtisadiyyatımız inkişaf tələb edir”, - Rusiya lideri bildirib.

"Və eyni zamanda bizim kifayət qədər böyük miqdarda kömürümüz var. Demək olar ki, bütün kömür ehtiyatları 900 il davam edəcək. Əlbəttə, bundan daha səmərəli və bütün ekoloji tələblərə uyğun istifadə edilə bilər”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO