Azərbaycanlı müğənnidən keçmiş sevgilisinə MESAJ-VİDEO

Azərbaycanlı müğənnidən keçmiş sevgilisinə MESAJ-VİDEO

Hazırda oxunan: Azərbaycanlı müğənnidən keçmiş sevgilisinə MESAJ-VİDEO

26837

Bəstəkar-müğənni, Sivva səhnə adı ilə fəaliyyət göstərən, Sevinc Ağasıyeva “Milli Sevgililər Günü”nə həsr olunmuş yeni mahnısını təqdim edib. Musiqi əsəri “Keçmiş sevgilim” adlanır. 

Bizim.Media xəbər verir ki, mahnının sözləri Cəlil Cavanşirə, musiqisi xanım ifaçının özünə, aranjimanı isə Əli İbrahimzadə və Tərlan Məmmədliyə aiddir. 

Bundan başqa müğənni eyni adlı mahnıya klip çəkdirmək üçün kamera qarşısına da keçib. Klipin sujet xətti üçün maraqlı məkanlar, o cümlədən gəmi və dənizkənarı milli park seçilib. 

Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. 

İfaçı Rok üslubunda yazılan “Keçmiş sevgilim” kompozisiyasına  çəkilən klipi 30 iyun “Milli Sevgililər Günü” münasibətilə tamaşaçıların ixtiyarına verib.

Sözügedən klipi təqdim edirik:

Bizim.Media   
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO