Azərbaycan XİN rəhbərindən Zəngəzur dəhlizi AÇIQLAMASI

Azərbaycan XİN rəhbərindən Zəngəzur dəhlizi AÇIQLAMASI

Hazırda oxunan: Azərbaycan XİN rəhbərindən Zəngəzur dəhlizi AÇIQLAMASI

26806

"Münaqişənin həlli eyni zamanda regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvan eksklavını Azərbaycan ilə birləşdirməklə yanaşı, əlavə olaraq mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcəkdir:
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov üçtərəfli bəyanatın icrasından DANIŞDI


“Kommunikasiyaların bərpası bütün bölgə üçün uduşlu bir vəziyyətdir və daha geniş Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaqdır.

Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcəkdir. Gücləndirilmiş regional əməkdaşlıq inkişafı gücləndirməklə yanaşı, bölgədə hərbi alovlanma riskini azaldacaq və sülh və sabitliyi möhkəmləndirəcək iqtisadi payların yaradılmasına kömək edə bilər.

Silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO