Sahibə Qafarova Orbanla görüşdü - FOTO

Sahibə Qafarova Orbanla görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Orbanla görüşdü - FOTO

26759

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə ölkələr arasında əməkdaşlıq yüksək qiymətləndirilib. 

S. Qafarova  Milli Məclisin Sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır.

Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker spiker vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün real potensial daha böyükdür.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarovanın Macarıstana rəsmi səfəri başladı


Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhəmiyyət daşıyır.

Sahibə Qafarova ərazilərin minalardan təminlənməsi işində ANAMA-nın fəaliyyətinə Macarıstan tərəfindən verilən dəstəyə görə minnətdarlıq edib.

Sonra görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO