Qazimiz 9 aydan sonra ayaq üstə - VİDEO 

Qazimiz 9 aydan sonra ayaq üstə - VİDEO 

Hazırda oxunan: Qazimiz 9 aydan sonra ayaq üstə - VİDEO 

26754

2-ci Qarabağ Müharibəsində dastan yazan vətənin igid oğullarından biri də 20 yaşlı Camal Alxasovdur. Qəhrəmanımız bizi zəfərə aparan yolda iki ayağını itirmişdi. Qazimiz yaxın günlərdə yenidən ayaq üstə gəzə biləcək. Artıq bununla bağlı işlərə start verilib. 

Bizim.Media xəbər verir ki, Türkiyədə bərpa prosesi keçən Camal Alxasov "XəzərXəbər"ə açıqlama verib. 

Vətən müharibəsinin qəhrəmanlarıdan biri olan, döyüşlərdə ağır yaralanan qazimiz yenidən ilk addımlarını atmağın sevincini yaşayır. 
 

MÖVZU İLƏ BAĞLI:

4 qazimiz sağalaraq Vətənə döndü - FOTO


Camal Alxasov Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin atdığı minaatan mərməsinin partlaması nəticəsində yaralanıb.Qəhrəmanımız Əzəli və tarixi torpaqlarımız uğurunda 2 ayağını qurban verib. 

Zəfər yolumuzda şücaət göstərən Camal Alxasov bundan sonra həmin ərazilərə yenə də ayaq üstə gedəcək. Yüksək texnologiyalı protezlə təmin olunan qazimiz hazırda Türkiyədə bərpa prosesi keçir.

Camal Alxasov Xəzər Xəbərə bildirib ki, uyğunlaşma prosesi çətin olsa da, bunun da öhdəsindən gəlməyi bacaracaq. 

Qeyd edək ki, şərəfli döyüş yolu keçən Camal Alxasov Prezident İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Camal Alxasovun Azərbaycana 2 həftədən sonra dönəcəyi gözlənilir.  

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO