"Ali təhsil haqqında" yeni qanunda nələr nəzərdə tutulur?

Hazırda oxunan: "Ali təhsil haqqında" yeni qanunda nələr nəzərdə tutulur?

26708

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

Bizim.Media-nın məlumatına görə, komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən 2019-cu ilin sentyabr ayında yaradılıb. 

Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir.

Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır.

Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO