Markovdan xarici agent elan edilməsinə REAKSİYA: “Böhtandır”

Markovdan xarici agent elan edilməsinə REAKSİYA: “Böhtandır”

Hazırda oxunan: Markovdan xarici agent elan edilməsinə REAKSİYA: “Böhtandır”

266561

Xəbər verdiyimiz kimi Rusiyanın Ədliyyə Nazirliyi politoloq Sergey Markov xarici agentlər reyestrinə daxil edib.

Bizim.Media xəbər verir ki, politoloq bu məsələyə "Ostorojno Media"ya müsahibəsində münasibət bildirib.

“Mənə elə gəlir ki, bu, hansısa böhtandır, çünki, birincisi, mən xarici agent deyiləm, ikincisi, mənim heç bir əlaqəm olmayıb. Bəzən səhv edə bilərlər. Mənə bu barədə heç nə məlum deyil”, – deyə o sosial şəbəkə hesabında qeyd edib.

Markov bildirib ki, Rusiya Ədliyyə Nazirliyinin qərarına etiraz etməyə hazırdır:

“Amma mən artıq hər şeyi izah etmişəm, bunlar sadəcə abstrakt sözlər idi. Mən Vladimir Putinin siyasətini açıq şəkildə dəstəkləyirəm, bunu hamı bilir və mənim başqa heç bir liderim yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO