“Trabzonspor”un yeni transferi CƏZALI ÇIXDI

“Trabzonspor”un yeni transferi CƏZALI ÇIXDI

Hazırda oxunan: “Trabzonspor”un yeni transferi CƏZALI ÇIXDI

266390

“Trabzonspor”un yeni transferi Xrist İnao Oulay keçmiş komandası “Bastiya”dan qalan cəza səbəbi ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, futbolcunun “Bastiya” forması ilə çıxdığı son oyunda qırmızı vərəqə alaraq 4 qarşılaşmalıq cəza aldığı ortaya çıxıb.
 

“Trabzonspor” rəhbərliyi bununla bağlı Oulainin keçmiş komandası ilə dərhal danışıqlara başlayıb. Fransa klubunun cəza ilə bağlı ölkənin futbol federasiyasına etiraz edəcəyi bildirilir.


Cəzanın Türkiyədə də keçərli olması mümkündür. Belə olan halda Oulay “Trabzonspor”un “Antalyaspor”, “Samsunspor”, “Fənərbaxça” və “Qaziantep”ə qarşı oyunlarında forma geyinə bilməyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO