Gömrükçülərimizdən ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “kahı”da narkotik aşkarlandı – FOTO

Gömrükçülərimizdən ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “kahı”da narkotik aşkarlandı – FOTO

Hazırda oxunan: Gömrükçülərimizdən ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “kahı”da narkotik aşkarlandı – FOTO

266276

Azərbaycandan tranzit keçməklə İran Rusiyaya yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə - marixuana aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO