Sumqayıtda qazilər arasında silahlı insident

Sumqayıtda qazilər arasında silahlı insident

Hazırda oxunan: Sumqayıtda qazilər arasında silahlı insident

266269

Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb.

Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.

M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.

Məlumata görə, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO