Bakının bu ərazilərində torpaq kəskin bahalaşdı - Video

Bakının bu ərazilərində torpaq kəskin bahalaşdı - Video

Hazırda oxunan: Bakının bu ərazilərində torpaq kəskin bahalaşdı - Video

266101

Bakının Səbail rayonunda son bir il ərzində torpağın 1 sotunun qiyməti 97 min manata yaxın artıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə, bu ərazidə torpağın 1 sotunun orta qiyməti son 1 ildə 29 faiz artaraq 431.743 manat olub.
 

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, digər yüksək artımlar həmçinin Yasamal rayonunda 26, Nəsimi rayonunda 21, Nizami rayonunda isə 19 faiz olaraq qeydə alınıb.


O da qeyd olunub ki, bağ evlərinin yerləşdiyi rayonlar üzrə də 12 faiz qiymət artımı qeydə alınıb. Vüqar Oruc əlavə edib ki, Nərimanov və Binəqədi rayonlarında da 14 faizlik artım qeydə alınıb.
 

Müşahidə olunan artıma səbəb isə daşınmaz əmlaka olan marağın təkcə tələbat yox, həm də biznes xarakterli olmasıdır.


Hazırkı qiymətlər gələcək kirayə və mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO