“Şahdağ Qusar”da MALİYYƏ BÖHRANI – Nə baş verir?

“Şahdağ Qusar”da MALİYYƏ BÖHRANI – Nə baş verir?

Hazırda oxunan: “Şahdağ Qusar”da MALİYYƏ BÖHRANI – Nə baş verir?

265983

“Sahdağ Qusar” komandası ötən mövsüm uğurlu çıxışı ilə hamını təəccübləndirdi. Komanda 2-ci liqada çempion olaraq 1-ci liqaya vəsiqə qazandı. Gözləmək olardı ki, kollektiv bundan sonra iddiasını daha da artıracaq və Premyer Liqa uğrunda mübarizə aparacaq.

Ancaq bunun əksi baş verdi.

Belə ki, mövsüm başlamamış komandada ciddi maliyyə böhranı yaşanmağa başladı. Birdən-birə klubun bütün futbolçuları ilə müqavilələr ləğv olundu və təcrübəli oyunçular komandanı tərk etdilər.

Bəs görəsən klubdakı bu böhranın səbəbi nədir?

Məsələ ilə bağlı “Şahdağ Qusar”ın kapitanı və həm də yenicə klub prezidenti kimi fəaliyyətə başlayan Rahid Əmirquliyevə müraciət etdik. O, Bizim.Media-ya açıqlamasında maliyyə böhranını sponsorun komandadan imtina etməsi ilə bağlı olduğunu dedi:

“Komandanın sponsoru klubla əlaqələrini kəsdi. Ona görə də maliyyə cəhətdən vəziyyətimiz pisləşdi. Məhz bu səbəbdən heyətin demək olar ki, bütün üzvləri komandanı tərk etdilər. Düzdür, onların bəzilərini burada saxlamağı bacardıq. Misal üçün Elşən Veysov, Cavid Quliyev, Famil Camalov və Firuz Əhmədov heç yerə getməyiblər”.

Klub prezidenti maliyyə probleminin komandanın iddialarına təsir göstərəcəyini də gizlətmədi:

“Düzdür, maliyyə məsələsi komandanın iddialarına təsir göstərəcək. Əvvəlki heyətimiz olsaydı, daha yaxşı yerlər uğurunda mübarizə apara bilərdik. Ancaq daha nə etmək olar. Çalışacağıq ki, AFFA-nın verdiyi vəsait hesabına heyət formalaşdıraq. Amma bu o demək deyil ki, heç bir iddiamız olmayacaq. Çalışacağıq ki, komandamız Qusar futbolunun adına layiq olan oyun göstərsin. Əsas hədəfimiz birinci liqada möhkəmlənmək olacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO