Zelenski və Tramp biri-birilərinə nə hədiyyə EDİBLƏR?

Zelenski və Tramp biri-birilərinə nə hədiyyə EDİBLƏR?

Hazırda oxunan: Zelenski və Tramp biri-birilərinə nə hədiyyə EDİBLƏR?

265954

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski 18 avqustda Ağ Evdə keçirilən görüş zamanı biri-birilərinə hədiyyələr təqdim ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilir.

Məlumata görə, Zelenski Trampa qolf çubuğu üçün başlıq təqdim edib. Hədiyyəni Ukrayna Silahlı Qüvvələrinin kiçik çavuşu Konstantin Kartavtsev Zelenskiyə verib. Ukrayna liderinin sözlərinə görə, hərbçi müharibənin ilk aylarında döyüş yoldaşlarını xilas edərkən ayağını itirib. Qolf isə onun üçün reabilitasiya prosesinin bir hissəsinə çevrilərək fiziki və emosional tarazlığını bərpa etməsinə kömək edib.

Görüş zamanı Zelenski Trampa Kartavtsevin müraciətinin əks olunduğu videonu da təqdim edib. Videoda hərbçi ABŞ prezidentindən Ukraynaya ədalətli sülh yolu ilə müharibəni başa çatdırmaqda yardım göstərməsini xahiş edib.

Donald Tramp hədiyyəni qəbul edib, ukraynalı hərbçiyə təşəkkürünü bildirən video-müraciət yazıb və Zelenskiyə Ağ Evin simvolik açarlarını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO