Premyer Liqa klubundan 30 milyonluq TRANSFER

Premyer Liqa klubundan 30 milyonluq TRANSFER

Hazırda oxunan: Premyer Liqa klubundan 30 milyonluq TRANSFER

265884

İngiltərənin "Nottingem Forest" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, "qırmızılar" "Renn"dən Arnu Kalimuendonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Nottingem Forest" fransalı futbolçu üçün onun klubuna 30 milyon avro təzminat ödəyəcək.

23 yaşlı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Renn" Kalimuendonu 2022-ci ilin yayında PSJ-dən transfer edib. Fransa U-21 millisinin sabiq üzvü ötən mövsüm Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO