Bakıda dini ayin adı ilə aksiya keçirən qadınlar həbs olundu – FOTO

Bakıda dini ayin adı ilə aksiya keçirən qadınlar həbs olundu – FOTO

Hazırda oxunan: Bakıda dini ayin adı ilə aksiya keçirən qadınlar həbs olundu – FOTO

265798

Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərməklə qanunsuz hərəkətlər etməsi barədə daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
 

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO