Generalın oğluna vəzifə verildi – FOTO

Generalın oğluna vəzifə verildi – FOTO

Hazırda oxunan: Generalın oğluna vəzifə verildi – FOTO

265774

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət mayoru Ramil Eminov bu vəzifəyə gətirilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadla xəbər verir ki, Ramil Eminovun atası da yüksək vəzifə tutub.
 

Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan ehtiyata buraxılıb.


Məlumat üçün bildirək ki, oğul Eminov idarə rəisi olana qədər eyni qurumda daha aşağı vəzifələrdə çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO