İstanbulda sosial şəbəkədə özlərini polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən ata və oğlu həbs edilib.
Bizim.Media ” yerli KİV-ə istinadən xəbər verir ki, saxta polis əməkdaşlarının evlərində aparılan axtarış zamanı tapançalar, silahlar və saxta vəsiqələr aşkar edilib.
Evdən 4 ədəd sənədsiz tapança, 579 patron, 191 boş patron, 5 silah maqazini, 2 saxta polis vəsiqəsi, 4 ədəd prezident nişanı, iki polis nişanı, bir xüsusi əməliyyat gödəkçəsi, iki cangüdən nişanı, dörd simsiz rabitə cihazı və səkkiz mobil telefon aşkarlanıb.
Qeyd edilib ki, evdən çıxanlar və onların necə əldə olunduğu polis əməkdaşlarının özlərini də təəccübləndirib. Polis rəsmiləri bildiriblər ki, məhz onlara məxsus olan əməliyyat vasitələrinin qanunsuz yayılması ilə bağlı əlavə araşdırma da başladılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:15 / 17.08.2025
Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki... - Polislər heyrətə gəldi
Hazırda oxunan: Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki... - Polislər heyrətə gəldi
Hazırda oxunan: Türkiyədə dələduzların evindən elə şeylər çıxdı ki... - Polislər heyrətə gəldi
265681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.