Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu - VİDEO

Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu - VİDEO

Hazırda oxunan: Hamzat Çimayev orta çəkidə UFC çempionu oldu - VİDEO

265637

Hamzat Çimayev ABŞ-ın Çikaqo şəhərində keçirilmiş UFC 319 turnirinin əsas döyüşündə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Drikus dü Plessini məğlub edərək orta çəkidə çempion kəmərinə sahib olub.

Bizim.Media RBK-ya istinadla xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasında anadan olmuş və hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı altında çıxış edən Çimayev 84 kq-dək çəki dərəcəsində çempion olub.

Tərəflər arasında döyüş beş raund davam edib. Hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) Çimayev qalib gəlib.

Ümumilikdə, 31 yaşlı Çimayev MMA karyerası ərzində 15 döyüş keçirib və hamısında qalib gəlib. O, 2020-ci ildən UFC-də mübarizə aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO