ABŞ-nin danışıqlar qrupunun 25-29 avqustda baş tutması planlaşdırılan ticarət sazişini müzakirə etmək üçün Hindistana nəzərdə tutulan səfəri ləğv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.
Bu müzakirələr raundu ölkələr üçün altıncı olmalı idi. Telekanalın məlumatına görə, danışıqlar Hindistan mallarının ABŞ-yə idxalına rüsumların artırılmasından sonra ölkələr arasında iqtisadi münasibətlərdə gərginliyin artması fonunda təxirə salınıb. NDTV qeyd edir ki, danışıqların ləğv edilən tarixi yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi avqustun 27-ə təsadüf edib.
Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Mövcud məhdudiyyətləri nəzərə alaraq, Hindistandan idxala tariflər 50 %-ə çatıb. Ağ Ev rəhbəri qərarını Hindistanın Rusiyadan neft alması və bununla da iqtisadiyyatını dəstəkləməsi ilə əsaslandırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:10 / 16.08.2025
ABŞ Hindistanla ticarət razılaşmasını LƏĞV ETDİ
Hazırda oxunan: ABŞ Hindistanla ticarət razılaşmasını LƏĞV ETDİ
Hazırda oxunan: ABŞ Hindistanla ticarət razılaşmasını LƏĞV ETDİ
265612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.