Korona təhlükəsi artdı – yeni ştammın ƏLAMƏTLƏRİ öyrənilir

Korona təhlükəsi artdı – yeni ştammın ƏLAMƏTLƏRİ öyrənilir

Hazırda oxunan: Korona təhlükəsi artdı – yeni ştammın ƏLAMƏTLƏRİ öyrənilir

26561

Koronavirusun yeni ştammı “lambda” adı ilə ortaya çıxıb.

Bizim.Media “Ekspress.ru”-ya istinadən xəbər verir ki, əvvəlcə 2020-ci ilin sonunda Çili, Peru, Argentina və Ekvadorda aşkar edilən bu ştamm artıq Avropa ölkələrinə də yayılır. 

İngiltərə İctimai Səhiyyə Agentliyi yeni ştammın simptomları barədə məlumat verib. Yeni ştamm spayk zülalında yoluxma dərəcəsinə təsir edən mutasiyalar ilə fərqlənir. 

Lakin hazırda onun digər ştammlardan daha ağır bir COVID-19 axınına səbəb ola biləcəyi barədə heç bir məlumat yoxdur.

Bu ştamm qısa müddətdə çox sayda yoluxmaya səbəb olub və artıq 29 ölkədə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı “Lambda” ştammını “müşahidə altında olanlar” kateqoriyasına daxil edib.

Əsas simptomlar digər ştamlardan da fərqlənmir. Onlara temperaturun artması, davamlı öskürək, qoxu və dadın itirilməsi daxildir. Ştamm hələ “narahatlığa səbəb olanlar” siyahısına əlavə edilməyib. 

Hazırda bu siyahıda alfa, beta, gamma və delta möhürləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO