İki qardaşı toyda bıçaqladılar, biri öldü

İki qardaşı toyda bıçaqladılar, biri öldü

Hazırda oxunan: İki qardaşı toyda bıçaqladılar, biri öldü

265578

Türkiyədə yeniyetmə toyda qətlə yetirilib.

Bizim.Media yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərində baş verib.

16 yaşlı Ali Bulqurcu və ögey qardaşı 19 yaşlı Mustafa Dikmen qohumlarının toyunda ədavətli olduqları S.S. və M.A. ilə qarşılaşıblar. Bu zaman S.S. və M.A. yanlarındakı digər 2 nəfərlə birgə iki qardaşa hücum ediblər. Hər iki qardaş ağır xəsarətlər alıb və Ali Bulqurcu hadisə yerində keçinib.

Əlləri kəsilən və sinəsindən yaralanan Mustafa Dikmen isə xəstəxanaya aparılıb. Polis cinayətdə iştirak edən 4 nəfəri saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO