Dünyanın ən gözəl qadınlarından biri qalmaqala səbəb oldu - FOTO

Dünyanın ən gözəl qadınlarından biri qalmaqala səbəb oldu - FOTO

Hazırda oxunan: Dünyanın ən gözəl qadınlarından biri qalmaqala səbəb oldu - FOTO

265563

“Miss Universe Cuba 2025” gözəllik yarışmasının qalibi, yəni bu il Kubanı “Miss Universum” yarışmasında təmsil edəcək 22 yaşlı Lina Luases tənqidlərlə məruz qalıb.

Bizim.Media bu barədə “Latin Times”a istinadən xəbər verir.

Nəşr yazır ki, Kuba 60 ildən çoxdur ki, beynəlxalq gözəllik yarışmalarına qatılmırdı. Ən gözəl kubalı qız yalnız 2024-cü ildə seçilməyə başlanıb.

Bu seçimlər Kubada deyil, çox sayda Kuba əsilli insanın yaşadığı ABŞ-nin Mayami şəhərində keçirilib. Bu il qalib olan 22 yaşlı Lina Luases də ABŞ-də yaşayır.

Qalmaqala onun mənşəyi səbəb olub. Kubada Luasesin ölkəni təmsil etmək hüququ olduğuna şübhə edirlər.

Kuba qəzetləri onun Mayamidə doğulduğunu, heç vaxt təmsil olunduğu şəhərdə olmadığını və ispan dilini yaxşı bilmədiyini yazır.

Tənqidçilər hesab edirlər ki, bu səbəbdən onun ölkəni təmsil etməsi düzgün sayılmır.

Qeyd edək ki, “Miss Universe” beynəlxalq gözəllik müsabiqəsinin finalı noyabrın 21-də Banqkokda keçiriləcək. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO