DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT

265519

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir.

Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.
 

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir.


Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.
 

Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.


Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO