Putin ona Ukrayna ilə bağlı verilən sualı eşitməzliyə vurdu - VİDEO

Putin ona Ukrayna ilə bağlı verilən sualı eşitməzliyə vurdu - VİDEO

Hazırda oxunan: Putin ona Ukrayna ilə bağlı verilən sualı eşitməzliyə vurdu - VİDEO

265474

Alyaskada təyyarədən enən Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp tərəfindən qarşılanması zamanı maraqlı hadisə yaşanıb.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, prezidentlər görüşüb fotoqraflara poz verərkən xanım jurnalist uca səslə Putindən “Ukraynada dinc insanları qətlə yetirməyi nə zaman dayandıracaqsınız” deyə sual verib.

Putin sualı qulaqardına vurmağa çalışsa da, jurnalist daha yüksəkdən sualını təkrarlayıb. Bu zaman Putin əli ilə qulağını göstərərək sualı eşitmədiyinə işarə edib və gülümsəyib. Tramp isə əyilərək ona nəsə deyib, bundan sonra ikisi də avtomobilə doğru hərəkət ediblər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO