Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill, Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı danışıqlarının uğurla nəticələnməsi üçün dua etdiyini əks etdirən foto paylaşıb.
Bizim.Media xəbər verir ki, görüntülər Moskvanın Poklonnaya təpəsindəki Müqəddəs Georgi Kilsəsində çəkilib. Mərasim zamanı Kirill Putinin təşəbbüsü ilə hazırlanan ikonaları və kilsə haşiyələrini müqəddəs su ilə xeyir-dua edərək, “Tanrı işinizdə sizə kömək olsun” sözlərini səsləndirib.
Rusiya dövlət mediasının yazdığına görə, bu müqəddəs əşyalar Ukraynada yerləşən hərbi komandanlara hədiyyə ediləcək. Kirill çıxışında həmçinin “Vətənimizi müdafiə edənlərin mənəvi gücü artsın” deyərək dua edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:25 / 15.08.2025
Patriarx Kirill Putinin uğurlu danışıqları üçün dua etdi
Hazırda oxunan: Patriarx Kirill Putinin uğurlu danışıqları üçün dua etdi
Hazırda oxunan: Patriarx Kirill Putinin uğurlu danışıqları üçün dua etdi
265468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.