DİQQƏT! Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək

DİQQƏT! Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək

Hazırda oxunan: DİQQƏT! Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək

265435




Bazar ertəsi, avqustun 18-də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu müddət ərzində ümumilikdə 6 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO