Putinlə görüşdən əvvəl Lukaşenko ilə DANIŞDI - FOTO

Putinlə görüşdən əvvəl Lukaşenko ilə DANIŞDI - FOTO

Hazırda oxunan: Putinlə görüşdən əvvəl Lukaşenko ilə DANIŞDI - FOTO

265421

ABŞ Prezidenti Donald Trampla Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Pul pervovo” teleqram kanalı məlumat yayıb.

"Lukaşenko və Tramp telefonla danışıblar", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, telefon danışığı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşündən cəmi bir neçə saat əvvəl olub.

Daha sonra Tramp Lukaşenko ilə söhbəti təsdiqləyərək, Belarus prezidenti ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.

"Belarusun hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azad edilməsini də müzakirə edirik.

Söhbətimiz çox yaxşı keçdi. Biz bir çox mövzuları, o cümlədən Prezident Putinin Alyaskaya səfərini müzakirə etdik. Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm!", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO