“Şkendiya”nın futbolçusu Fabris Tamba özünə yeni komanda tapıb.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la görüşlərində effektiv performans göstərən və Qurban Qurbanovun diqqətini cəlb etdiyi iddia olunan seneqallı Türkiyədə oynayacaq.
O, 1-ci liqada mübarizə aparan “Amedspor”la anlaşıb. Tamba Bakıda keçirilmiş "Qarabağ" - "Şkendiya"(5:1) görüşündə komandasının yeganə qolunu vurmuşdu.
Qeyd edək ki, Tamba karyerası ərzində “Sportinq Kovilya”, “Beyra-Mar”, “Braqa”B, “Şkupi” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:55 / 15.08.2025
“Qarabağ”a qol vuran futbolçu Türkiyə klubu ilə ANLAŞDI
Hazırda oxunan: “Qarabağ”a qol vuran futbolçu Türkiyə klubu ilə ANLAŞDI
Hazırda oxunan: “Qarabağ”a qol vuran futbolçu Türkiyə klubu ilə ANLAŞDI
265393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.