Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq

Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq

Hazırda oxunan: Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq

265377

Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.
 

Zərərçəkmişlərin bir neçəsi dəmir ticarəti qurmaq, bir neçəsi isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərin bəlli yaşayış yerləri olması, ziyanın bir qisminin ödənilməsi nəzərə alınaraq barələrində həbs deyil, polis nəzarəti qaydasında qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai araşdırma bu günlərdə artıq başa çatıb. Verilmiş ittihamla təqsirləri sübuta yetiriləcəyi halda qardaşlar 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO