Mişustin təcili Qırğızıstanı tərk etdi - Video

Mişustin təcili Qırğızıstanı tərk etdi - Video

Hazırda oxunan: Mişustin təcili Qırğızıstanı tərk etdi - Video

265344

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasını vaxtından əvvəl tərk edib. 

Bizim.Media xəbər verir ki, Mişustin tədbiri tez tərk etməsini Alyaskada Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək görüşlə əlaqələndirib.
 

“Məni bağışlayın, Moskvaya qayıtmalıyam. Bildiyiniz kimi, bu gün Alyaskada prezidentlər Vladimir Putin və Donald Trampın iştirakı ilə Rusiya-Amerika sammiti baş tutacaq. Mən Rusiyada olmalıyam”, - deyə Rusiyanın Baş naziri bildirib.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO