ABŞ Prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həllinə razılıq verəcəklərinə əmin olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, Putin və Zelenski sülhə gələcəklər, bununla da mən 6 ayda 6 müharibəni dayandırmış olacaq. Fikrimcə, yaxşı görüş olacaq, amma daha vacib olan ikinci görüşümüz olacaq.
Prezident Putin, prezident Zelenski və mənim iştirakımla birgə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək. Ola bilsin ki, yox, hələ məlum deyil”, - Amerika lideri bildirib.
Bizim.Media