Cinslərarası estetik YARIŞI – Gözəllik üçün əməliyyatı seçən kişilər niyə “mülayimləşir”?

Cinslərarası estetik YARIŞI – Gözəllik üçün əməliyyatı seçən kişilər niyə “mülayimləşir”?

Hazırda oxunan: Cinslərarası estetik YARIŞI – Gözəllik üçün əməliyyatı seçən kişilər niyə “mülayimləşir”?

265229

Vaxt var idi, kişilər güzgüyə yalnız saçlarını daramaq və qalstuklarını düzəltmək üçün baxırdı. İndi isə güzgünün qarşısında burnunun ucunu, dodağının dolğusunu, kəskin çənə xəttini yoxlayırlar. Çünki estetik əməliyyat və prosedurlar artıq yalnız qadınların hədəfi deyil.

Gündəlik müşahidələr də göstərir ki, istər real həyatda, istərsə də virtual aləmdə günü-gündən “gözəlləşən”, sərt, hökmlü üz cizgiləri mülayimləşən kişilərin sayı artmaqdadır. Maraq üçün bir neçə tanınmış estetik cərrah və kosmetoloqla həmsöhbət olduq. Onlar da təsdiqlədilər ki, bəli, hazırda burun əməliyyatı (həm cərrahi, həm də dolğu inyeksiyası ilə), saç inplantasiyası, dəri problemləri, dodaq həcmləndirməsi, “yorğun yanaq sindromu”nun aradan qaldırılması kimi prosedurlara müraciət edən kişilər artıb. Əlbəttə, həkim üçün pasientin cinsinin fərqi yoxdur, bəs cəmiyyət?   

Kişiləri nə dəyişdi?

Sualımıza cavab verən sosioloq İlham Fərəcov bildirdi ki, günümüzdə üzünün çapığı, saçının ağı, sərt baxışı, qartal burnu ilə seçilən kişilər artıq dəb deyil.

Onları zaman dəyişdi. Üstəlik yeni nəsil qızlar üçün estetik görünüşlü oğlanlar normal göründüyünə görə, artıq əvvəlki kimi qınaq obyektinə də çevrilmirlər. Əksinə indi onlar “baxımlı oğlanlar” sayılırlar: 
 

“Daha “kişi özünü bəzəməz” deyimi öz kəsərini itirib. Əvvəllər ancaq səhnə adamları estetik prosedurlar edirdisə, indi adi kişilər də klinikalardan çıxmırlar. Bəziləri isə bunu sosial şəbəkədə canlı yayımlayır. Xüsusən də “Instagram” və “TikTok”u  “yeni kişilər”  bürüyüb: dolğun dodaqlı, dik burunlu, bundan əlavə hələ filtrli görünüş...


Etiraf edirlər ki, bu, real həyatda da işlərinə yarayır, hətta iş görüşmələrində gənc və enerjili görünüş, təcrübədən bəzən daha çox təsir bağışlayır. 40 yaşında, amma 30 kimi görünən kişi həm işdə, həm də şəxsi həyatda bir addım irəlidədir”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO