Çin avtomobilləri ilə bağlı HƏYƏCAN TƏBİLİ – “Xəstəlik yarada bilər”

Çin avtomobilləri ilə bağlı HƏYƏCAN TƏBİLİ – “Xəstəlik yarada bilər”

Hazırda oxunan: Çin avtomobilləri ilə bağlı HƏYƏCAN TƏBİLİ – “Xəstəlik yarada bilər”

265151

Son dövrlərdə Çin avtomobil sənayesi bütün dünyada öz sözünü deməyi bacarıb. Artıq dünyaca məşhur bir sıra avtomobil firmaları Çin avtomobilləri ilə rəqabətdə uduzurlar.
 

Ölkəmizdə də Çin maşınlarına maraq gün keçdikcə artmaqdadır. Lakin bu avtomobillərə münasibət heç də birmənalı deyil. Çin istehsalı olan məhsulların “keyfiyyətsizliyi” ilə bağlı insanlarda formalaşmış inamla yanaşı, onların sağlamlıq üçün fəsadlarının olduğu ilə bağlı fikirlər də önə sürülür.


Son zamanlar isə bəzi mütəxəssislər iddia edirlər ki, Çin istehsalı avtomobillər uzunmüddətli hərəkət zamanı elektromaqnit şüalar yayaraq insan sağlamlığına mənfi təsir göstərə bilər.

Bu iddialar nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu iddiaların müəyyən qədər həqiqət payı ola bilər:

“Nəqliyyat vasitəsi hərəkətdə olarkən, xüsusilə enerji yığımı və batareya istifadəsi zamanı elektromaqnit sahələr yarana bilər. Məsələn, avtomobil hərəkət edərkən batareyalar xüsusi texnologiya ilə enerji toplayır və ehtiyat enerji anbarı kimi istifadə olunur. Bu prosesdə müəyyən elektromaqnit şüalanma baş verə bilər. Düzdür, bunun tam şəkildə sübut edildiyini demək çətindir, amma müəyyən risk ehtimalı mövcuddur”, - deyə o bildirib.


Aslan Əsədov əlavə edib ki, bəzi tədqiqatlar elektromaqnit şüalarının insan orqanizminə mənfi təsir göstərə biləcəyini, hətta bəzi xəstəliklərin yaranmasına zəmin yarada biləcəyini iddia edir

“Bunlar hələ də elmi müzakirə mövzusudur. Lakin elektromaqnit şüalanmanın uzunmüddətli təsirləri nəzərə alınmalıdır”.

Onu da qeyd edək ki, elektromaqnit şüaların sağlamlığa müxtəlif təsirləri mövcuddur. Yüksək enerjili ionlaşdırıcı şüalar (UV-C, rentgen, qamma) DNT-ni zədələyərək dəri xərçəngi, leykoz, katarakta, sonsuzluq və digər xərçəng növlərinə səbəb ola bilər. İonlaşdırıcı olmayan şüalar (radio, mikro, infraqırmızı, UV-A/B) əsasən toxuma qızması, yanıq, göz zədələnməsi, dərinin erkən qocalması kimi təsirlər yaradır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO