Ronaldonun Corcinaya aldığı nişan üzüyünün qiyməti açıqlandı - FOTO

Ronaldonun Corcinaya aldığı nişan üzüyünün qiyməti açıqlandı - FOTO

Hazırda oxunan: Ronaldonun Corcinaya aldığı nişan üzüyünün qiyməti açıqlandı - FOTO

265091

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez nişanlandığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduzun sevgilisi əlindəki nişan üzüyü ilə çəkilmiş fotosunu paylaşıb.
 

Üzük uzunluğu bir santimetrdən çox olan oval kəsimli brilyantla bəzədilib, hər iki tərəfində isə daha kiçik brilyantlar yerləşir. Üzüyün ölçüsünü 50–52 aralığında qiymətləndirmək olar. Təxminən hərəsi 1 karat olan iki oval yan daşla tamamlanan mərkəzi brilyantın ümumi çəkisi təxminən 37 karat hesab olunur.


Zərgərlik mütəxəssisi İqnasiо Torres “Okdiario”ya onun qiymətini açıqlayıb: “Corcinanın üzüyü təsir edici görünür, dizayn baxımından eksklüziv deyil. Lakin daşın kəsimi həqiqətən nadir hallarda rast gəlinir. Belələri çox azdır.

Dəyər bir neçə meyarla hesablanır, amma daşın kəsimi, onun eksklüzivliyi və onu tamamlayan brilyantları nəzərə alsaq, bu üzüyün qiyməti təxminən 6 milyon avrodur”.

Bu, 40 yaşlı Kriştiano Ronaldonun həyatındakı ilk evlilik olacaq. (Publika.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO