Vuçiç növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

Vuçiç növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

Hazırda oxunan: Vuçiç növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

265034

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkə başçısı postuna növbəti seçkilərdə namizədliyini irəli sürmək niyyətində deyil və ölkə konstitusiyasını dəyişməyi planlaşdırmır.

Bizim.Media xəbər verir ki, bu barədə Vuçiç Avstriya federal kansleri Kristian Ştokerlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“ Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və konstitusiyanı dəyişmək fikrim yoxdur”, – deyə o, əlavə edib.

Serbiya prezidenti, həmçinin, respublikada növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini istisna etməyib. O, prezidentlik karyerasını “təxminən bir il yarıma” başa vuracağını vurğulayıb.

Aleksandar Vuçiç 1 iyun 2017-ci ildən Serbiya prezidenti vəzifəsini tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO