Bu ölkədə 84 ilin rekord istisi qeydə alındı

Bu ölkədə 84 ilin rekord istisi qeydə alındı

Hazırda oxunan: Bu ölkədə 84 ilin rekord istisi qeydə alındı

26501

Kanadanı təsiri altına alan isti hava kütləsi bu ölkədə son 84 ilin ən isti yayına səbəb olub. 

Bizim.Media xəbər verir ki, Kanada Metereologiya Xidmətlərinin açıqlamasına görə, Britaniya Kolumbiyası ştatında ötən gün 46.1 dərəcə istilik qeydə alınıb. Bu da həmin ərazidə indiyədək müşahidə olunan ən yüksək temperaturdur. 

Kanada tarixində rekord istilik sonuncu dəfə 1937-ci ildə Saskaçevan ştatında iyul ayında 45 dərəcə qeydə alınıb. 

Rekord istilər Pemberton vadisində qarların əriməsinə və çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Bu səbəbdən ərazidəki evlərdə yaşayan şəxslər təxliyyə edilib.  

Kanada Ətraf Mühit Nazirliyi temperaturun yaxın günlərdə daha da yüksələcəyini, hətta bəzi bölgələrdə 50 dərəcəyə çatacağını açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO