Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Ziyəddin Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti iclas avqustun 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.
Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.
İlkin araşdırmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən iki ay əvvəl Bakıya gəlibmiş.
Onun ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin (qəsdən adamöldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:59 / 13.08.2025
Bakıda ŞOK HADİSƏ: Kişi arvadını elektrik naqili ilə boğdu
Hazırda oxunan: Bakıda ŞOK HADİSƏ: Kişi arvadını elektrik naqili ilə boğdu
Hazırda oxunan: Bakıda ŞOK HADİSƏ: Kişi arvadını elektrik naqili ilə boğdu
264993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.