Bölgələrdə çalışan müəllimlərlə bağlı YENİLİK – Maaşlar artırıla bilər

Bölgələrdə çalışan müəllimlərlə bağlı YENİLİK – Maaşlar artırıla bilər

Hazırda oxunan: Bölgələrdə çalışan müəllimlərlə bağlı YENİLİK – Maaşlar artırıla bilər

264964

Bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı tez-tez gündəmə gələn problemlərdəndir. Bu problem aradan qaldırmaq üçün fərqli təkliflər irəli sürülür. Müəllimlərin bölgələrdə çalışmağa marağını artırmaq üçün maddi dəstək tədbirlərin görülməsi ilə bağlı təkliflər daha çox səsləndirilir.

Ekspertlər bildirir ki, bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün hər il onların əməkhaqqına 25-40 faiz əlavə edilməlidir.

Bəs, bu problemə çözüm ola bilərmi?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya bildirib ki, problemin səbəbi yalnız maaş məsələsi ilə məhdudlaşmır:

“Bu yaxınlarda Elm və Təhsil Nazirliyi qərar qəbul etdi ki, müəllimlərin öz bölgələrində fəaliyyət göstərməsinə üstünlük veriləcək. Əgər müəllimlər öz bölgəsi və ya yaxın ərazilərdə çalışsalar, problem müəyyən dərəcədə həll oluna bilər. Maaş artımı məsələsinə gəldikdə isə, buna baxıla bilər”, - deyə deputat bildirib.

Ceyhun Məmmədovun sözlərinə görə, hazırkı tendensiyalar onu göstərir ki, müəllimliyə maraq azalır:

“Bu səbəbdən kompleks tədbirlər görülməlidir. Məsələn, nəqliyyatda güzəştlər, kirayə haqlarının dövlət tərəfindən qarşılanması və digər imtiyazlar tətbiq edilə bilər. Məncə, minimum 30 faiz maaş artımı edilməlidir. Bu məsələ yalnız bir addımla həll olunacaq problem deyil, bir neçə istiqamətdə iş aparılmalıdır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO