Bu vərdişlər qadınlarda libidonu azaldır

Bu vərdişlər qadınlarda libidonu azaldır

Hazırda oxunan: Bu vərdişlər qadınlarda libidonu azaldır

264960

Qadınlarda cinsi istəyi azaldan görünməyən səbəblər açıqlanıb.

Bizim.Media xəbər verir ki, ginekoloq Tatiana İlyuxina bildirib ki, qadınlarda seksual istəy yalnız stress, yorğunluq və hormon balansının pozulması səbəbindən azalır. Onun sözlərinə görə, gözə çarpmayan başqa amillər də libidoya mənfi təsir göstərir.

Həkim qeyd edir ki, elektron cihazların ekranlarından gələn mavi işıq cinsi arzunu azaldır, buna görə yatmazdan əvvəl ən azı 1,5 saat "rəqəmsal detoks" etmək lazımdır. Həmçinin, allergiya, hipertoniya və qastrit kimi xəstəliklər üçün istifadə olunan bəzi dərmanlar da seksual istəyi zəiflədə bilər.

Qadınlarda cinsi istəyi azaldan digər səbəb isə oturaq həyat tərzidir. Fiziki hərəkətin azlığı orqanizmdə qan dövranının pozulmasına gətirib çıxarır ki, bu da həyəcanlanma prosesinə mənfi təsir göstərir.

Bundan əlavə, İlyuxina vurğulayır ki, münasibətlərdə tənhalıq hissi, daim nəzarət və öz hisslərinə qarşı yüksək diqqət də cinsi istəyi azalda bilər. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO