“Mançester Siti”nin futbolçusu “Everton”a keçdi

“Mançester Siti”nin futbolçusu “Everton”a keçdi

Hazırda oxunan: “Mançester Siti”nin futbolçusu “Everton”a keçdi

264897

"Mançester Siti" Cek Qrilişi icarəyə verib.

Bizim.Media xəbər verir ki, "şəhərlilər" ingiltərəli vingeri "Everton"a göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Qriliş 2025/2026 mövsümünü "mavilər"in heyətində keçirəcək. "Everton" 50 milyon funt-sterlinq ödəməklə 29 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.


Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin yayında 117 milyon avroya "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO